AZ

Küçədə yetkinlik yaşına çatmayan qıza əxlaqsızlıq edən şəxsə AĞIR CƏZA

Pravda.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ali Məhkəmədə seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Qabil Əşrəfovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 26 yanvar 2024-cü il tarixdə, saat 13 radələrində Biləsuvar şəhəri, Azadlıq küçəsində qeydə alınıb.

Belə ki, Qabil Əşrəfov piyada hərəkət edən, 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan zərərçəkmiş M.M.-ə (adı, soyadı şərtidir) yaxınlaşıb qəflətən əl ilə üzünü sığallayıb. Bu zaman zərərçəkmiş ona irad bildirib. Sonra təqsirləndirilən ona zor tətbiq etməklə dodaq nahiyəsindən öpüb, qucaqlayaraq sağ arxa bud, sağ yan nahiyəsini və sinə nahiyəsini əl ilə tutub sıxıb. Daha sonra zərərçəkmiş şəxs müqavimət göstərdikdə Qabil qızı özünə tərəf dartıb, zor tətbiq etməsini davam etdirərək, xəsarətlər yetirib, yumruq zərbəsi vuracağı ilə hədələyib və yenidən sonuncunu arxa nahiyəsindən qucaqlayıb sinə nahiyəsini sıxıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qabil Əşrəfov 11 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlayıb.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
pravda.az

2Mənbələr