Volodimir Zelenski “Böyük Yeddilik” (Böyük yeddilik) sammitindəki çıxışında Ukraynaya dəstək üçün hər il 40 milyard dollar istədiklərini bildirib.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
“Ukraynanın müqavimətini davam etdirməsi və sağ qalması üçün illik 40 milyard ABŞ dolları büdcə dəstəyinin verilməsi vacibdir. Bu, ABŞ da daxil olmaqla, G7 liderlərinin birgə qərarı olmalıdır”,- Zelenski deyib. O, mütəmadi olaraq Qərbdən yardım istəyir.
O, daha əvvəl G7 sammitində ABŞ prezidenti Donald Trampdan Ukrayna üçün yeni silah paketi istəyəcəyini bildirsə də, bu görüş baş tutmayıb. Ağ Evin sözçüsü Karoline Leavitt Trampın Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Kanadada keçiriləcək “Böyük Yeddilik” sammitini erkən tərk edərək ABŞ-a qayıtmaq qərarına gəldiyini açıqlayıb.
//Gülnarə Abasova, Editor.az