AZ

ABŞ-ın keçmiş polkovniki: ABŞ Rusiya və Çinlə əməkdaşlıq etməlidir

“ABŞ İsrail və İran arasındakı münaqişədə gərginliyi azaltmaq üçün Rusiya və Çinlə əməkdaşlıq etməlidir”.

Editor.az xəbər verir ki, bunu Vaşinqtonda yerləşən Avrasiya Mərkəzinin keçmiş icraçı direktoru və istefada olan polkovnik-leytenant Erl Rasmussen verdiyi açıqlamada deyib.

“ABŞ geri addım atmalı, gərginliyi azaltmaq üçün Rusiya və Çinlə işləməli və İranla təkcə İsrailin deyil, bütün tərəflərin maraqlarına cavab verən real razılaşma üzərində işləməlidir”, – Rasmussen bildirib.

Rasmussen vurğulayıb ki, İran hərbi nüvə proqramına malik olmamalıdır, ancaq uranı dinc məqsədlərlə zənginləşdirməyə icazə verilməlidir. Ekspert əlavə edib ki, bölgədə sülh və təhlükəsizlik üçün ABŞ bəlkə də İsrailin nüvəsizləşdirilməsini müzakirə etməli və İsrail və İran arasında münaqişənin bütün regiona və hətta dünyaya yayıla biləcəyi barədə xəbərdarlıq edib. “Düşünürəm ki, bu münaqişədə nüvə silahından istifadə ehtimalı Rusiya və Ukrayna arasındakı münaqişədən daha yüksəkdir və bu, ABŞ üçün yaxşı heç nə vəd etmir”,- deyə o bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr