AZ

Fransa: Aİ Rusiyaya qarşı “görünməmiş” yeni sanksiyalar hazırlayır

“Avropa İttifaqı Rusiyaya qarşı “görünməmiş” yeni sanksiyalar hazırlayır”.

Editor.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. O, ABŞ prezidenti Donald Trampın da bu sanksiyaları dəstəklədiyini açıqlayıb.

Kanadada keçirilən G7 Zirvə toplantısından sonra jurnalistlərə açıqlama verən Makron deyib: “Ukrayna ilə bağlı ortaq mövqeyimiz ondan ibarətdir ki, sanksiyalar gücləndirilməlidir. Bu, avropalıların hazırladığı görünməmiş və çox daha güclü yeni sanksiyalara, eləcə də Amerika senatorlarının hazırlamağa davam etdiyi sanksiyalara əlavədir”.

Bəyanat Yelisey sarayının X platformasındakı rəsmi hesabında dərc olunub. Fransa prezidenti Emmanuel Makron ABŞ prezidentinin sanksiyaları dəstəklədiyini, lakin tək başına hərəkət etmək istəmədiyini bildirib. Makron həmçinin vurğulayıb ki, ABŞ-ın Ukraynadakı münaqişəni həll etməsi strateji cəhətdən zəruridir.

Bloomberg agentliyi mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın G7 sammitində digər liderlərlə danışıqları onun Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı mövqeyinə ciddi təsir göstərməyib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr