AZ

“18+” yeniyetmələr üçün məxfi açar sözlük Təbriz VƏFALI YAZIR

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Uşaqlıqdan multflmləri çox sevmişəm, maraqla izləmişəm. 

Yaxşı xatirimdədir. Mən uşaq olanda yeganə telekanal olan AzTV-də axşam saat 19.30-da yarım saatlıq “Gecəniz xeyrə qalsın, əziz balalar” verilişi var idi. Ailəlikcə, böyüklü-kiçikli bu verilişdə yayımlanan multfilmləri sevə-sevə izləyərdik. Saat 20.00-da isə “Xəbərlər” proqramı başlayardı...

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə müstəqil, özəl telekanallar yaradıldı və multfilmlərin adları dəyişdirilərək oldu cizgi filmləri. 

Bizim dövrümüzdə multfilmlər bütün uşaqlar üçün nəzərdə tutulmuşdu. Amma müstəqlliyimizdən sonrakı dövrlərdə cizgi filmləri müxtəlif yaş qrupları üçün nəzərdə tutuldu və onlar yayımlanarkən ekranda “3+”, “4+”, “5+”, “6+” və sair yazılmağa başlandı. Hətta bəzi filmlərin yayımı zamanı da “+”lara rast gəldik...

Azərbaycanda texniki tərəqqinin mühüm tərkib hissəsi kimi komputer, internet və digər informasiya texnologiyalarının inkişafı sürətləndikcə, demokratiyanın əsas göstəricilərindən sayılan və demokratik cəmiyyətin prioritet dəyərlərindən biri olan fikir, söz və mətbuat azadlığının təminatı yüksəldikcə zaman-zaman qəzetlərdə, saytlarda, xəbər portallarında, eləcə də Facebook, İnstagram və digər sosial şəbəkələrdə, youtube və başqa kanallarda reytinq və baxış sayı qazanmaq üçün “18+” xəbərləri, videoları və şəkilləri yayımlanmağa başlandı.

18 yaşdan yuxarı vətəndaşlar üçün nəzərdə tutulmuş “18+”un azyaşlılar və yeniyetmələr üçün məxfi açar sözlük olmasının, onların psixologiyasına mənfi təsir göstərməsinin, 18 yaşdan aşağı olanların əxlaqının pozulmasına və davranış qaydalarına ciddi zərbə vurmasının fərqinə varmırıq. Sonra da başlayırıq hay-həşir qopartmağa ki, yetkinlik yaşına çatmayan qız hamilədir, məktəbli qız zorlandı, yeniyetmə qız qoşulub qaçdı, ata evini tərk etdilər, sosial şəbəkələrdə tanış olduqları oğlanlarla və kişilərlə bir evdə tapıldılar, sərbəst həyat tərzi sürməyə həvəsləndilər və sair xəbərləri yaymağa və videolar paylaşmağa. Bir sözlə, öz gözlərimizdə tiri görmürük, amma özgə gözlərdə tük axtarırıq. Günahkarlar “18+”ları yayanlar olduğu halda, onlar valideynləri və başqalarını ittiham edirlər.

Ona görə də milli mentalitetmizi, milli əxlaqi dəyərlərimizi, ailə dəyərlərimizi qorumaq üçün artıq “18+”ları ləğv etməyin vaxtı çatıb. Buna məhəl qoymayanları isə ən ağır şəkildə cəzalandırmaq lazımdır. Əks halda gələcəyimizi təhlükəyə atmaqla bəşəri cinayət törətmiş olacağıq.

Gəlin, əlbirliyi ilə dövlətimiz, xalqımız və gələcəyimiz naminə sabah günəşimiz olacaq azyaşlı uşaqlarımızı, yeniyetmələrimizi qoruyaq. 

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
mia.az

1Mənbələr