Rəssam Fərhad Yalquzaq vəfat edib.
Bu barədə Teleqraf-a rəssam Pəri Miniatür xəbər verib.
Onun sözlərinə görə, mərhum təkbaşına olub, vəfat edib emalatxanada qalıb.
Nəşi dostları tərəfindən tapılıb.
"Xəstə deyildi. Ölüm səbəbi bilinmir. Bu gün saat 11-də morqdan götürüləcək və sonra da dəfn ediləcək" - Pəri Miniatür bildirib.
Mərhum bu gün Zabrat qəbristanlığında anasının yanında torpağa tapşırılacaq.
Xatırladaq ki, sənətkarın yaradıcılığının əsasını avanqard üslub təşkil edib.
O, 2022-ci ildə "XAZART" simpoziumunda iştirak edərək texnika və yaradıcılıq prinsiplərini gənclərlə paylaşıb. "Muzey Mərkəzi"nin sərgilərində isə "Afrikalı şaman" (2009), "Bilyard ustası" (2010) və s. əsərləri yer alıb.