Gecə saatlarında İrandan İsrailə çoxsaylı raketlər göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Qeyd edilir ki, hazırda bir çox şəhərlərdə sirenalar səslənir. Məlumata görə, hədəflər Təl-Əviv, Hayfa və Qaliley şəhərləridir.
İnsanlardan sığınacaqlarda qalmaları tələb olunub.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.
İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.