AZ

Məhkəmə qadını döyən şəxslərlə bağlı qərarı elan etdi

Ali Məhkəmədə qadına qarşı quldurluq etməkdə təqsirləndirilən Rəşad Allahverdiyev və Feyruz Niftullayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Allahverdiyev 8 il 6 ay və F.Niftullayev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə bu ilin fevralında paytaxtın Sabunçu rayonunda baş verib.

 

Belə ki, Kürdəxanı qəsəbəsində R.Allahverdiyev və F.Niftullayev paytaxt sakini Dərya Məhərrəmzadəyə qarşı quldurluq edib. Onlar vətəndaşı yumruqla döyüb, bıçaqla hədələyərək mobil telefonunu götürərək hadisə yerindən qaçıblar.

 

R.Allahverdiyev və F.Niftullayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

 

Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.2-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə) maddələri itihham olunub.

 

Kamal Məmmədov

 

 

Tarix: 18 İyun 2025, 08:33   
Seçilən
14
1
pravda.az

10Mənbələr