AZ

​ Napoli Osimhenin yeni qiymətini müəyyən etdi

ain.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

"Napoli" İtaliya klubları üçün Viktor Osimhenin yeni qiymətini müəyyən edib.

Metbuat.az xəbər verir ki, "Napoli" nigeriyalı oyunçu üçün İtaliyadan gələcək təklifləri dəyərləndirməyə razıdır. "Sky Sport"da dərc edilən xəbərə görə, "Napoli" futbolçu üçün 80 milyon avro tələb edir. Osimhenin 75 milyon avroluq sərbəst qalma maddəsi yalnız İtaliyadan kənar klublara aiddir.

Qeyd edək ki, "Əl-Hilal" Osimhenin sərbəst qalma məbləğini ödəməyə hazır olsa da, futbolçu ilə razılaşma əldə edilməyib. Osimhenin karyerasını Avropada davam etdirmək istədiyi irəli sürülür. "Yuventus"un Osimhenin xidmətində maraqlı olduğu iddia edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
metbuat.az

2Mənbələr