Son Hın Minin "Tottenhem"dəki gələcəyi şübhə altındadır.
Apasport.az "Talksport"a istinadla xəbər verir ki, londonluların kapitanı bu yay klubunu dəyişə bilər.
Səudiyyə Ərəbistanının Pro Liqasının 3 təmsilçisi 32 yaşlı forvarda maraq göstərir.
Cənubi koreyalıya əsas namizəd “Əl-Əhli” olsa da, “Əl-Qadisiya” və “Əl-Nəsr” da onunla rəqabət aparır.
Mənbənin məlumatına görə, hər üç klub təcrübəli forvardın transferi üçün 40 milyon avro təklif etməyə hazırdır.
Daha əvvəl Türkiyə klublarından "Fənərbaxça" da koreyalı vingeri transfer etmək istəyirdi. Son Joze Mourinyo ilə yaxın münasibətlərinə görə İstanbul klubuna keçidə müsbət yanaşır.
Qeyd edək ki, hücumçu 2015-ci ildən “Tottenhem”in formasını geyinir.
Qittens təklifləri dəyərləndirməyəcək
İnzaqinin yeni iş yeri müəyyənləşib
Nigeriya millisinin üzvü "Atletiko"nun radarında
Xorvatiya millisinin üzvü Super Liqa klubunda
Robertson “Atletiko”nun əsas transfer hədəfidir