ABŞ İsrail və İran arasındakı münaqişədə iştirak etməyəcək.
Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Ağ Evdə keçirilən qapalı iclas İrana zərbə endirmək qərarı verilmədən başa çatıb.
Qeyd edək ki, bundan əvvəl “Axios” ABŞ Prezidenti Donald Trampın Amerikanın İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması və İslam Respublikasının nüvə obyektlərinə zərbə endirməsi imkanlarını nəzərdən keçirirdiyini yazıb.
Daşqın Həsənov
Missiya.Az