AZ

Çin İrana gizli şəkildə nəqliyyat təyyarələri verib

Çin İsraillə münaqişənin kəskinləşməsi fonunda İrana gizli şəkildə nəqliyyat təyyarələri verib...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.

Nəşrin məlumatına görə, İrana iki sirli nəqliyyat təyyarəsi gəlib, onlardan biri Şanxaydan havaya qalxıb. Bildirilir ki, havaya qalxdıqdan sonra Çinin şimalından qərbə doğru hərəkət edən təyyarələr Qazaxıstan ərazisindən keçib, Özbəkistan və Türkmənistan üzərindən uçub, İran sərhədi yaxınlığında radarlardan itiblər və bundan sonra daha təyinat yeri kimi göstərilən Lüksemburqa çatmayıblar.

Bundan əvvəl Çin ABŞ prezidenti Donald Trampı İsrail və İran arasında münaqişənin alovuna yanacaq əlavə etməkdə ittiham edib. ABŞ hazırda İran-İsrail münaqişəsinə qoşulmağı düşünür.

Poliqon.info 

Seçilən
23
50
poliqon.info

10Mənbələr