Tanınmış ispan aktyoru Xavyer Bardem Amerikanın məşhur “Vzqlyad” tok-şousunda İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid edib...
Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail qəzeti məlumat yayıb.
Veriliş zamanı Qəzza zolağında vəziyyətin kritik olduğunu deyən Bardem Qəzzadan yayımlanan fotoları görəndə dərin ağrı və iztirablar keçirdiyini vurğulayıb. O qeyd edib ki, Fələstin ərazilərində baş verənləri soyqırım adlandıran beynəlxalq insan haqları ekspertləri ilə razılaşır.
Verilişin aparıcısı, aktrisa Vupi Qoldberq Bardemin nitqini kəsməyə çalışsa da, o, fikrini yekunlaşdıraraq insanlığı qorumağın vacib olduğunu söyləyib. Bundan dərhal sonra şou reklamlara kəsildi.
Poliqon.info