AZ

“İsrail-İran münaqişəsinin həllində ən yaxşı vasitəçi Azərbaycandır” - Rusiyalı politoloq

“İsraillə İran arasında münaqişənin həllində ən yaxşı vasitəçilər Rusiya və Azərbaycandır”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Lana Ravandi-Fadai deyib.

"Rusiya və Azərbaycan vasitəçi roluna daha real namizəd kimi görünür. Onlar həm İran, həm də İsraillə işgüzar əlaqələr qurublar", - deyə siyasətçi vurğulayıb.

Politoloqun sözlərinə görə, Rusiya üçün münaqişənin hər iki tərəfi ticarət-iqtisadi tərəfdaşdır və sanksiyalar altında onların itkisi çətin olacaq.

Bundan əlavə, Fadai qeyd edib ki, həm Rusiya, həm də Azərbaycan regionda sabitlikdə maraqlıdır.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr