AZ

Bahreyn sahillərində olan ABŞ gəmiləri dənizə səpələnib

BAKI. 18 iyun. TELEQRAF

İsrail və İran arasında müharibə davam etdiyi zamanda ABŞ Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasının qərargahı yaxınlığında artıq heç bir gəmi lövbər salmayıb.

Teleqraf xəbər verir ki, peyk görüntülərini təhlil edən “Associated Press” agentliyi bu barədə yazıb.

Dünən çəkilmiş görüntülər, əsas körpünün ətrafında heç bir gəminin olmadığını göstərir.

Qeyd edək ki, gəmilərin dənizə səpələnməsi, problemli vaxtlarda dəniz qüvvələrinin istifadə etdiyi ümumi təhlükəsizlik texnikasıdır.

Seçilən
3
teleqraf.com

1Mənbələr