AZ

Zelenski Kanadada keçiriləcək G7 sammitini erkən tərk edəcək

Ukrayna prezidenti Vladimir Zelenski Kanadaya səfərini qısaldıb və indi vətəninə qayıdır...

Poliqon xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennoye” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Bu qərarın səbəbi açıqlanmır.

Kanadanın CBC News telekanalının mənbəyə istinadən verdiyi məlumata görə, Zelenski səfərini bu yaxınlarda Kiyevə edilən hücumlar və ABŞ prezidenti Donald Trampın Kanadada keçiriləcək G7 sammitini vaxtından əvvəl tərk etmək qərarı fonunda dayandırıb. Ağ Ev rəhbərinin sammiti tərk etməsi səbəbindən onun Ukrayna lideri ilə görüşü pozulub.

Bundan əvvəl məlum olub ki, ABŞ-nin mövqeyinə görə “Böyük Yeddilik”in bəyanatında Ukraynanın adı çəkilməyib. Eyni zamanda, klubun yeddi ölkəsindən altısı Moskva ilə Kiyev arasındakı münaqişə ilə bağlı vahid mövqedən çıxış etmək niyyətindədir.

Poliqon.info 

Seçilən
12
poliqon.info

1Mənbələr