AZ

Məşhur gözəllik proseduru korluğa səbəb ola bilər: ABŞ li həkimdən xəbərdarlıq

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Harvard Universitetində təhsil alan ABŞ-li həkim-qastroenteroloq Saurab Sethi korluğa səbəb ola biləcək məşhur gözəllik prosedurunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində paylaşım edib.

"Kirpik qaynağı proseduru getdikcə populyarlaşır, lakin bunun üçün istifadə edilən yapışqan adətən formaldehid ehtiva edir. Bu isə allergik reaksiyalara, kirpiklərin nazikləşməsinə və təbii kirpiklərin geridönməz itkisinə səbəb ola bilər", - deyə həkim bildirib.

Onun sözlərinə görə, yapışqandan istifadə nadir hallarda görmə itkisinə də səbəb ola bilər. Bu problemlə üzləşməmək üçün mütəxəssis kirpik qaynağından çəkinməyi və ya tərkibində formaldehid olmayan məhsullardan istifadə etməyi tövsiyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
oxu.az

2Mənbələr