BAKI. 18 iyun. TELEQRAF
İsrailin İranın nüvə obyektlərinə hücumları qanunsuzdır.
Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri kimi 2005-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş Məhəmməd Əl-Baradei bildirib.
O xəbərdarlıq edib ki, İrana qarşı hücum “Nüvə silahının yayılmaması haqqında” Müqaviləni tamamilə məhv edə bilər.
Bu, bir çox ölkələrə aydın mesaj göndərir ki, onların təhlükəsizlik üçün son ümid yeri nüvə silahlarını inkişaf etdirməkdir", - Baradei yazır.