“Atletiko”nun hücumçusu Antuan Qrizmann dördüncü dəfə ata olub.
Sportinfo.az xəbər verir ki, xoş xəbəri fransalı özü sosial şəbəkə hesabında paylaşıb:
“İyunun 15-də Şay Qrizmann Çoperena dünyaya gəldi. Ailəvi tapmacamızın çatışmayan parçası”.
Cütlüyün artıq üç övladı var: qızları Mia və Alba, oğulları Amaro. Maraqlı məqam ondadır ki, Qrizmann ailəsinin bütün digər uşaqları 8 aprel tarixində dünyaya gəlib.