"River Pleyt" klublararası dünya çempionatına qələbə ilə start verib.
İdman.biz xəbər verir ki, E qrupunda yer alan komanda ilk turda "Urava Red Diamands"la qarşılaşıb.
Argentinalıların üstünlüyü ilə keçən qarşılaşmada "River Pleyt" 3:1 hesabı ilə qalib gəlib. Yaponiya təmsilçisi yeganə qolu penalti zərbəsindən vurub.
Qeyd edək ki, bu gün keçiriləcək qrupun digər matçında "İnter" "Monterrey"lə qarşılaşacaq.
İdman.biz