AZ

Avropa çempionatı: Məsiyev penalti, qırmızı və 5 sarı vərəqə göstərdi

BAKI. 18 iyun. TELEQRAF

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında Gürcüstan - Polşa matçının baş hakimi olub.

Teleqraf xəbər verir ki, Trençin şəhərindəki Sihot stadionunda təşkil olunmuş qarşılaşmada Məsiyevə həmyerliləri Pərvin Talıbov və Elşad Abdullayev yan xətt hakimləri qismində kömək edib.

C qrupunun III tur matçı Portuqaliya yığmasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Artıq 5-ci dəqiqədə Laşa Odişariya sərt oyuna görə birbaşa qırmızı vərəqə alaraq, Gürcüstan millisini azlıqda qoyub. Rəqib komanda say üstünlüyündən yararlanaraq, istəyinə nail olub. Portuqaliya son qolunu penalti ilə vurub.

Məsiyev oyunda qırmızı vərəqə və penalti ilə yanaşı, 5 sarı vərəqə də göstərib. Bunlardan 3-nü Gürcüstan, 2-ni Portuqaliya alıb.

Beləliklə, xalını 7-yə çatdıran Portuqaliya C qrupunda ilk pillənin, eyni xala malik Fransa isə ikinci yerin sahibi kimi 1/4 finala yüksəlib.

3 xal qazanan Gürcüstan və xalsız Polşa mübarizəni dayandırıb.

Xatırladaq ki, Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadası daha əvvəl Avropa çempionatında ilk turun Çexiya - İngiltərə (1:3) matçının baş hakimi olub.

Seçilən
5
teleqraf.com

1Mənbələr