AZ

Menecerindən Şeydayev AÇIQLAMASI

Sportal.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 2025/2026 futbol mövsümünü də “Neftçi”də keçirəcək.

Sportal.az xəbər verir ki, bu barədə Teleqraf-a 29 yaşlı hücumçunun serbiyalı meneceri Jelko Dekiç məlumat verib.

Dekiç təcrübəli forvardın klubu tərk etməyəcəyini açıqlayıb. O, həmçinin Şeydayevə ciddi təklifin olmadığını deyib: “Ramil hazırda istirahət edir. Daha sonra klubla toplanışa qatılacaq. Deyə bilərəm ki, Ramil “Neftçi”dən ayrılmayacaq”!

Qeyd edək ki, Ramil Şeydayev ötən yay “Kocaelispor”dan “Neftçi”yə 3 illik müqavilə ilə transfer olunub. Millinin üzvü “ağ-qaralar”ın heyətində mövsüm ərzində cəmi 4 dəfə fərqlənə bilib. Transfermark portalı Şeydayevə 800 min avro qiymət qoyub. Onun ayda təxminən 80 min manat maaş aldığı bildirilir.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
sportal.az

3Mənbələr