"Real Madrid"in braziliyalı hücumçusu Rodriqo klubdan ayrılmağa hazırlaşır.
90deqiqe.Az xəbər verir ki, “Arsenal” 24 yaşlı futbolçuya ciddi maraq göstərir. London klubu may ayında Rodriqonun nümayəndələri ilə ilkin təmas qurub.
Braziliyalı forvardın gələcəyi ilə bağlı sualların gündəmə gəlməsinə səbəb kimi “Real Madrid”in gənc istedad Franko Mastantuononu transfer etməsi göstərilir. Bu addım Rodriqonun komandadakı mövqeyini zəiflədə bilər.
“Real” hücumçunun satışından azı 90 milyon avro gəlir gözləyir. Bu məbləğ Transfermarkt portalının Rodriqoya verdiyi dəyərlə uyğunluq təşkil edir.
Rodriqo 2024/25 mövsümündə “kral klubu”nun heyətində 51 oyuna çıxıb, 14 qola imza atıb və 10 məhsuldar ötürmə verib.