AZ

"Atletiko" Piero İnkapi üçün "Bayer"lə danışıqlara başlayıb

"Atletiko Madrid" Leverkuzen "Bayer"inin mərkəz müdafiəçisi Piero İnkapi ilə maraqlanır.

90deqiqe.Az xəbər verir ki, 23 yaşlı futbolçu Madrid klubuna keçməyə razılıq verib. Hazırda tərəflər transferin detallarını müzakirə edir.

Transfermarkt portalı ekvadorlunu 50 milyon avro olaraq dəyərləndirir. Tərəflər bu məbləğə yaxın bir rəqəmlə razılaşmağa çalışırlar.

Piero İnkapi 2021-ci ildən "Bayer Leverkuzen"də çıxış edir. O, 2023/24 mövsümündə bütün turnirlərdə 45 oyuna çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçiyə daha əvvəl digər La Liqa nəhəngi "Real Madrid"in də maraq göstərdiyi bildirilirdi.

Seçilən
23
90deqiqe.az

1Mənbələr