AZ

"Yuventus" Osimhenə alternativ tapıb

“Yuventus” yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az xəbər verir ki, Turin təmsilçisi iki potensial forvard – Viktor Osimhen (“Napoli”) və Viktor Qyokeresi (“Sportinq”) transfer hədəfləri siyahısına daxil edib.

Hər iki futbolçu ilə bağlı ilkin danışıqlara start verilib. Lakin yaxın zamanda transferin reallaşması gözlənilmir. “Yuventus” Osimhen üçün mübarizədən geri çəkilməyib və klub nigeriyalı hücumçunun müqaviləsindəki 75 milyon avroluq sərbəstqalma maddəsini ödəməyə hazırdır. Bununla belə, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da hələ bu transfer yarışında qalır.

Digər hücumçu Viktor Qyokeres üçün isə “Yuventus” Londonun “Arsenal” klubu ilə rəqabət aparmaq məcburiyyətində qalacaq. 27 yaşlı isveçli ötən mövsüm Portuqaliya çempionatında parlaq çıxışı ilə diqqət çəkib.

Transfermarkt portalı isveçlini 75 milyon avro, Osimheni isə 70 milyon avro dəyərində qiymətləndirir.

Seçilən
21
90deqiqe.az

1Mənbələr