AZ

Gərgin vaxtda Zakir Həsənov Minskə niyə gedib? – Səbəb açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri ilə Belarusun siyasi və hərbi rəhbərliyi arasında bir sıra görüşlər, ölkədəki hərbi hissələrə, müdafiə sahəsi müəssisələrinə səfərlər nəzərdə tutulub.

Regionda hazırkı qarışıq durumda, İran-İsrail müharibəsinin qızğın dövründə Z.Həsənovun səfəri bəzi suallar yaradır.

Milli.Az bildirir ki, globalinfo.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, proseslərin gərgin məqamında müdafiə naziri Zakir Həsənovun Belarusa səfəri təsadüfi xarakter daşımır:

"Bu, öncədən planlaşdırılmış bir səfərdir və əsas məqsədi tərəflər arasında mövcud olan hərbi əməkdaşlığın daha da dərinləşdirilməsidir. Belarus və Azərbaycan müdafiə təyinatlı məhsulların qarşılıqlı istehsalını həyata keçirirlər. Bu, kifayət qədər strateji və önəmli bir məsələdir.

Siyasi müstəvidə də Azərbaycan və Belarus bir sıra beynəlxalq platformalarda bir-birini dəstəkləyirlər. Bu isə onu göstərir ki, səfər ikitərəfli münasibətlərə birbaşa təsir edir. Zakir Həsənovun həmin səfəri nəticəsində Azərbaycanın Belarusdan yeni və müasir tipli silahlar alması, eləcə də hərbi sahədə əməkdaşlığı genişləndirmək məqsədilə bir sıra yeni layihələrin reallaşdırılması mümkündür. Bu istiqamətdə yetərincə potensial və imkanlar mövcuddur".

Milli.Az

Seçilən
32
1
milli.az

2Mənbələr