“Mançester Yunayted”in qapıçısı Tom Hiton klubda qalacaq.
90deqiqe.Az-ın məlumatına görə, “qırmızı şeytanlar” üçüncü qapıçısı ilə müqaviləni bir il müddətinə uzatmağı qərara alıb.
Ruben Amorimin məşqçilər korpusunun klubun bu qərarını bəyəndiyi vurğulanır. Tezliklə rəsmi açıqlama gözlənilir.
Tom Hiton 2021-ci ildə komandaya qayıdan “Mançester Yunayted” akademiyasının yetirməsidir. Bu müddət ərzində 39 yaşlı qolkiper cəmi 3 matçda iştirak edib və qol buraxmayıb. Transfermarkt ingilisin qiymətini 200 min avro qiymətləndirir.