AZ

Nişanlama xətləri niyə tez solur? -

Bakıda və regionlarda avtomobil yollarına çəkilən nişanlama xətləri tez solur. Bu isə sürücülər üçün təhlükə yaradır və yol hərəkəti iştirakçılarının hərəkətini çətinləşdirir. Bəs xətlərin rənginin belə tez solması nə ilə bağlıdır? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. Silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Qeyd olunub ki, bu gün yolların boyanmasında soyuq, iki komponentli və termoplast boyadan istifadə olunur: “Bu boyaların həm işıqqaytarıcılıq keyfiyyəti, həm də qalıcılığı digər boyalardan 4-6 dəfə çoxdur. Soyuq boyanın ömrü 6 aydan 1 ilə qədər, iki komponentli və termoplast boyaların ömrü isə 2 ildən 4 ilə qədərdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
47
1
metbuat.az

2Mənbələr