AZ

“Qarabağ” braziliyalı futbolçu ilə ANLAŞDI

“Qarabağ” braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb.

Klubdan  verilən məlumata görə, Ağdam təmsilçisi ilə Portuqaliyanın “Torrense” komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.

25 yaşlı oyunçu ilə “3+1” illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.

Seçilən
40
24
veteninfo.az

10Mənbələr