Klublararası dünya çempionatının F qrupunda "Fluminense" və "Borussiya Dortmund"un qarşılaşdığı 1-ci turun oyunu başa çatıb.
News365.az xəbər verir ki, oyun "MetLife Stadium"da (İst Ruterford, ABŞ) baş tutub. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
F qrupunda bu komandalarla yanaşı, həmçinin "Mamelodi Sandaunz" (CAR) və "Ulsan Hyundai" (Cənubi Koreya) komandaları mübarizə aparırlar.
Qeyd edək ki, FİFA Klublararası Dünya Çempionatı iyulun 13-dək ABŞ-də davam edəcək.