Bakı, 17 iyun, AZƏRTAC
ABŞ-da keçirilən klublararası dünya çempionatında növbəti oyun təşkil olunub.
AZƏRTAC xəbər verir ki, F qrupunun açılış matçında Braziliyanın "Fluminense" və Almaniyanın "Borussiya Dortmund” komandaları üz-üzə gəlib. Görüşdə qapılara qol vurulmayıb - 0:0.
Qeyd edək ki, bu qrupun digər oyununda "Ulsan" (Cənubi Koreya) və "Mamelodi Sandaunz" (CAR) kollektivləri qarşılaşacaqlar.