AZ

Dani Bolt “Qarabağ”da - Rəsmi

Portuqaliyanın “Torrense” klubunun braziliyalı sağ cinah müdafiəçisi Dani Bolt bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Azərbaycan çempionu bu gün yeni mövsüm üçün ilk transferini reallaşdırıb. Portuqaliyanın “Torrense” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və müdafiəçi Dani Bolt heyətə cəlb edilib.

Klubla 25 yaşlı braziliyalı futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Tam adı Daniel Lima de Kastro olan futbolçunun son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. O, 2024-cü ilin yanvarından formasını geyindiyi bu komandada 49 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Daninin Portuqaliya klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcud idi. Bu üzdən Azərbaycan çempionu onu heyətinə qatmaq üçün təzminat ödəməli olub.

Dani daha öncə Braziliyada çıxış edib və “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventude”nin şərəfini qoruyub.

“Qarabağ” buna qədər Yassin Benzya, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimli ilə yollarını ayırdığını açıqlamışdı. “Zirə”də icarədə olmuş Rüstəm Əhmədzadə Ağdam klubuna qayıtsa da, onun aqibətinə hələ tam aydınlıq gəlməyib.

Seçilən
22
27
arena.az

10Mənbələr