AZ

Əhmədinejatın öldürülməsi ilə bağlı xəbərlər YALANDIR - YENİLƏNİB

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın öldürülməsi ilə bağlı xəbərlər yalandır.

Bizim.Media xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, sorğu əsasında Mahmud Əhmədinejatın ofisi onun sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

*** 20:54

İsrail Silahlı Qüvvələrinin hücumları nəticəsində İranın keçmiş prezidenti Mahmud Əhmədinejat öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin “Kanal 9” telekanalı məlumat yayıb.

Məlumata görə, keçmiş prezident küçədə açılan atəş nəticəsində öldürülüb.

Bizim.Media

Seçilən
6
bizim.media

1Mənbələr