...Volqoqrad hava limanında Federal Gömrük Xidmətinin əməkdaşları Rusiyaya 40 kiloqramdan çox insan saçı gətirməyə cəhd edən 37 yaşlı Birləşmiş Ərəb Əmirlikləri vətəndaşını saxlayıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Gömrük əməkdaşı baqaja baxış zamanı plastik torbalara yığılmış 200 bağlama uzun saç aşkar edib.
Mütəxəssislərin ilkin hesablamalarına görə, malların dəyəri təxminən 4,3 milyon rubl təşkil edib.
Əcnəbi saçın gözəllik salonlarından biri üçün nəzərdə tutulduğunu və onun elan edilməsinə ehtiyac olacağını gözləmədiyini izah edib.
Nəticədə gömrük orqanlarının əməkdaşları tərəfindən malların bəyan edilməməsi maddəsi ilə inzibati iş açılıb.
...Bundan əvvəl Rusiya vətəndaşlığını almaq məqsədi ilə Smolensk vilayətinə gələn Ukrayna vətəndaşı Krasninski Rayon Məhkəməsi tərəfindən dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinib.
Qadın cinayət işi açılmamışdan bir müddət əvvəl Rusiya vətəndaşlığını ala bilib. İş materiallarına görə, ukraynalı qadın Minskdən Moskvaya uçub, lakin keçid məntəqəsində Rusiya hökumətinin göstərişi ilə ona Rusiya ərazisinə buraxılmayıb. O, Minskə qayıdıb, ertəsi gün oradan avtomobillə, keçid məntəqələrini keçərəkSmolensk vilayətinə gəlib.
Nazlı Almuradova