AZ

Çində tuneldə dəm qazı sızması nəticəsində 7 nəfər uçqun altında qaldı » AzadMedia.az


Çinin cənub-qərbindəki Çonqinq şəhərində yüksəksürətli dəmir yolunun bir hissəsində tikilməkdə olan tuneldə dəm qazının sızması nəticəsində 7 nəfər uçqun altında qalıb.
“Sinxua” agentliyinin məlumatına görə, insident çərşənbə axşamı Sian-Çonqsin yüksəksürətli dəmir yolu hissəsində Çjonqlianqşan tunelində baş verib.

Bu günə qədər 4 nəfər xilas edilib, 3-ü isə blokadada qalıb.
Xilasetmə işləri davam edir.
Bazar ertəsi səhər saatlarında Çinin Hunan əyalətində pirotexnika fabrikində baş verən partlayış nəticəsində 9 nəfər ölüb, daha 26 nəfər yaralanıb.                         
Seçilən
22
1
azadmedia.az

2Mənbələr