AZ

İranın sabiq prezidentinin ölümü ilə bağlı yayılan məlumatlar yalandır

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın ofisi sosial şəbəkələrdə onunla bağlı yayılan məlumatları təkzib edib.

Operativ Media xəbər verir ki, bu barədə ticarət News məlumat yayıb.

Yayılan rəsmi açıqlamada bildirilir:

“İran xalqına və doktor Əhmədinejadın tərəfdarlarına bildirmək istəyirik ki, sosial mediada dövr edən iddiaların heç bir əsası yoxdur. Yayılan məlumatlar tamamilə yalandır.”

Bəyanatda qeyd olunur ki, ictimaiyyət yalnız rəsmi və təsdiqlənmiş mənbələrə inanmalıdır.

Qeyd edək ki, bu gün axşam saatlarında İranın keçmiş prezidenti Mahmud Əhmədenejatın qətlə yetirilməsi ilə bağlı, məlumat yayılmışdı.

Seçilən
18
operativmedia.az

1Mənbələr