AZ

ABŞ-da İranla bağlı çaşqınlığa aydınlıq gəlib » AzadMedia.az


ABŞ-da İranın nüvə proqramı ətrafında yaranan çaşqınlığı izah etdilər. Amerika vitse-prezidentinin sözlərinə görə, İslam Respublikası özü zənginləşdirmədən mülki nüvə enerjisinə sahib olmaq ideyasını rədd edib.
İranın uranı zənginləşdirdiyi səviyyədə zənginləşdirməsinin zəruriliyini sübut edən bir dənə də ciddi arqument yoxdur. Bu barədə ABŞ-ın vitse-prezidenti məlumat verib.

"İran zənginləşdirmədən mülki nüvə gücünə sahib ola bilərdi, lakin onlar bunu rədd etdilər. Bu arada İslam Respublikası uranı istənilən mülki məqsədlər üçün lazım olan səviyyədən çox zənginləşdirib".- JD Vance bildirib.

Ötən həftə İsrail Hərbi Hava Qüvvələrinin İranın hərbi və nüvə obyektlərinə hücumu səbəbindən Yaxın Şərqdə vəziyyət pisləşib. Yəhudi dövləti izah edib ki, bu hücumların məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Daha sonra CNN kanalının bir neçə mənbəsi Amerika kəşfiyyat xidmətlərinə istinadən məlumat verdi ki, İİR nüvə silahı yaratmaq fikrində deyil.
Seçilən
8
1
azadmedia.az

2Mənbələr