AZ

20 çox etibarsız ikinci əl avtomobil: Onlardan uzaq durmaq tövsiyə olunur

İkinci əl avtomobil alışı zamanı əsas risklərdən biri — texniki baxımdan etibarsız modellə qarşılaşmaqdır. Heç kim istəməz ki, aldığı avtomobil tez-tez sıradan çıxsın.

Valyuta.az xəbər verir ki, "DriversDaily" nəşri ekspertlərinin fikrincə, bəzi modellərdə bu cür hallar kifayət qədər tez-tez baş verir. Onlar ən etibarsız 20 ikinci əl avtomobilin siyahısını təqdim ediblər.

Ən etibarsız 20 ikinci əl avtomobil:

1. "Fiat 500"
2. "Ford Fiesta"
3. "Nissan Versa"
5. "Chrysler 200"
5. "Chevrolet Malibu"
6. "Hyundai Veloster"
7. "Dodge Dart"
8. "Toyota Yaris"
9. "Subaru Legacy"
10. "Kia Soul"
11. "Mazda3"
12. "Buick Verano"
13. "Smart Fortwo" (2013-cü il)
14. "Toyota C-HR" (2019-cu il)
15. "Range Rover Evoque" (2014-cü il)
16. "Ford Taurus" (2014-cü il)
17. "Buick Encore" (2015-ci il)
18. "MINI Cooper" (2013-cü il)
19. "Dodge Avenger" (2014-cü il)
20. "Volkswagen Jetta"

Mütəxəssislər bildiriblər ki, bu avtomobillərin bir çoxunda müxtəlif texniki problemlər tez-tez müşahidə olunur. Məsələn, "Fiat 500" modelində mühərriklə bağlı nasazlıqlar çox olur.

Bundan əlavə, "Ford Fiesta" modelində sürətlər qutusu etibarsızlığı ciddi tənqidə səbəb olub. Eyni problem "Nissan Versa" modelində də qeydə alınıb.

Geniş yayılmış "Toyota Yaris" modelinin də yüksək etibarlılıq göstəriciləri ilə fərqlənmədiyi vurğulanıb. Bu avtomobildə də sürətlər qutusu ilə bağlı problemlər tez-tez yaşanır.

Paşa Məmmədli
 

Seçilən
12
valyuta.az

1Mənbələr