AZ

“Azərbaycan hər zaman olduğu kimi İran-İsrail müharibəsində də öz humanizmi ilə diqqət çəkir”

“Azərbaycan hər zaman olduğu kimi İran-İsrail müharibəsində də öz humanizmi ilə diqqət çəkir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, müharibənin ilk günündən etibarən İran ərazisində çarəsiz vəziyyətdə qalan əcnəbilərin ölkəmiz vasitəsilə vətənlərinə yola salınması, Azərbaycanın bəşəri dəyərlərə verdiyi önəmi göstərir:

“Müharibə başlayan gündən Azərbaycan İranda qalan və savaş səbəbilə ölkəsinə getməkdə çətinlik çəkən xeyli sayda əcnəbi vətəndaşın ölkəmiz vasitəsilə öz dövlətinə getməsini təmin edib. Bunun üçün bütün gərəkli addımları atıb və bu gün də atmaqdadır. Bu, Azərbaycanın humanizmini, hansı situasiya ilə üzləşməsindən asılı olmayaraq, ümumbəşəri dəyərlər verdiyi önəmi göstərir.

Bu, həm də Azərbaycan dövlətinin, Azərbaycan xalqının milli özünəməxsusluğunun nümunəsidir və bu nümunə insan hüquqlarına hörmət etməyən, öz maraqlarından başqa heç nə haqqında düşünməyən bəzi dövlətlərə, qlobal güclərə örnək olmalıdır”.

Seymur ƏLİYEV

 

Seçilən
24
moderator.az

1Mənbələr