AZ

"Əl-Əhli"nin müdafiəçisi "Fənərbaxça"nın təklifini qəbul etmədi

Bakı. Trend:

"Əl-Əhli"nin müdafiəçisi Merih Demirala Avropadan təkliflərvar.

Trend xəbər verir ki,"Fənərbaxça" və "Atletiko" türk futbolçunu transfer etmək istəyir.Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Hər iki klub Merihlə əlaqə saxlayıb. Lakin Türkiyə millisininüzvü növbəti mövsümü də Səudiyyə Ərəbistanı təmsilçisinin heyətindəkeçirmək qərarı verib. O, müqaviləsinin sonuna kimi klubdaqalacaq.

Qeyd edək ki, "Əl-Əhli" Merih Demiralı 2023-cü ilin yayında"Atalanta"dan transfer edib. 27 yaşlı mərkəz müdafiəçisi ötənmövsüm komandanın heyətində meydana çıxdığı 44 rəsmi matçda 1 qolvə 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələnilin yayında başa çatır.

Seçilən
23
1
az.trend.az

3Mənbələr