“Qarabağ” mövsümlərarası fasilədə ilk transferini açıqlayıb. Msport.az xəbər verir ki, Ağdam klubu Dani Boltla 3+1 illik müqavilə bağlayıb.
25 yaşlı braziliyalı futbolçu sağ cinah müdafiəçisi mövqeyində oynayır.
O, son olaraq Portuqaliyanın II Liqsında mübarizə aparan “Torrense” klubunda çıxış edib.
Bolt buna qədər öz vətənində “Fluminense”, “Atletiko Paranaense”, “Vitoria” və “Juventude” komandalarının formasını geyinib.
Müdafiəçinin “Torrense” ilə 2026-cı ilin yayına qədər müqaviləsi var idi. “Transfermarkt” onu 550 min avro dəyərləndirir.