BAKI, 17 iyun. TELEQRAF
Avropa Rusiya qazının kranını həmişəlik bağlayır.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.
“Bu gün, 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalını qadağan etmək təklifini təqdim etdik. Avropanın (Rusiya qazından – red.) asılılığı kəskin şəkildə azaldılıb. İndi isə kranı tamamilə bağlayırıq. Rusiya artıq enerjidən bizə qarşı silah kimi istifadə edə bilməyəcək”, - paylaşımda deyilir.