ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Milliyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bahçalı yazılı açıqlamasında İran-İsrail münaqişəsinin tədricən nüvə mənşəli yeni bir müharibə üçün keçid hazırladığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, MHP lideri daha sonra İsrail və İran arasında müharibəni dərhal dayandırmaq və regional sülh və sabitliyi təmin etmənin hər bir ölkənin maraqlarına uyğun olduğunu bildirib: “Cümhurbaşqanı Ərdoğanın hər tərəfdən səmimiyyətlə həyata keçirdiyi diplomatik səylər son dərəcə dəyərli, balanslı, dərin və təsirlidir”.
Bahçalı bildirib ki, müharibədə qazanan yoxdur, sülhdən isə qazananlar çoxdur: “Türkiyə insani və vicdanlı məsuliyyətini yerinə yetirir”.
ABŞ prezidenti Donald Trampın ziddiyyətli və mürəkkəb bəyanatları bir kənara qoyaraq, sülhsevər səyləri cəsarətlə dəstəkləməsinin lazım olduğunu bildiriən MHP lideri deyib ki, xəbərdarlıqlarımız bəzilərini narahat etsə də, faktiki nəticənin fərqli olacağı düşünülə bilməz: “13 iyunda törədilən hücum onu göstərdi ki, ehtiyat tədbirləri görmək və hər an ayıq-sayıq olmaq coğrafiyamızın bizim üzərimizə qoyduğu məsuliyyətdir”.
“Cebheinfo.az”
Açar sözlər:
İran İsrail Türkiyə Bahçeli Ərdoğan
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.