"Roma" klubun idman direktoru Florent Qisolfi ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə idman direktoru Fabritsio Romano məlumat yayıb.
Qisolfinin yerinə əsas namizəd artıq 2011, 2016 və 2018-2019-cu illərdə "Roma"da çalışmış Frederik Massaradır. O, “Palermo”, “İnter” və “Milan”da da çalışıb. 2024-2025-ci illərdə o, "Renn"in idman direktoru vəzifəsini tutub, lakin bu yaxınlarda Fransa klubundan qovulub.
Qisolfi 2024-cü ilin yayından bəri “Roma”nın idman direktoru vəzifəsində çalışırı. O, əvvəllər "Lens" və "Nitsa"da eyni postu tutub.
“Roma” ötən mövsüm A Seriyasını 5-ci yerdə başa vurub. Paytaxt klubu mövsümün gedişində komandada üç məşqçi dəyişib.
Mirağa