AZ

Xanım sürücü ağır yol qəzasına düşdü Uçan avtomobildən ... VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xanım sürücü idarə etdiyi avtomobillə ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, Malaziyada baş verən hadisənin görüntüləri ərazidə tikinti aparan bir inşaat şirkətinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda magistral yolda hərəkətdə olan ağ rəngli minik avtomobilinin sürücüsünün idarəetməsindən çıxaraq yol kənarındakı dərəyə çırpıldığı görülür. Zərbənin təsirindən havada bir neçə dəfə çevrilən avtomobil yerə düşür.

Bundan əlavə, avtomobil havada çevrilərkən həmin anda xanım sürücü də pəncərədən çıxaraq torpaq zəminə çırpılır.

Sözügedən qəzanın videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
avtosfer.az

1Mənbələr