AZ

Almaniya millisinin hücumçusu Azərbaycan klubunda – kimdi?

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Naxçıvan təmsilçisi Çance Simakala Ba-Muakanı heyətinə qatıb.

“Football-plus.az” xəbər verir ki, Elmar Baxşıyevin komandası Konqo əsilli almaniyalı mərkəz hücumçusu ilə birillik müqavilə imzalayıb.

Ba-Muaka mərkəz hücumçusu olsa da, sol və sağ vinger kimi oynamaq bacarığı davar. Karyerası ərzində “Borussiya” (Münhenqladbax), “Kayzerslautern” kimi klublarda oynamış futbolçusu Almaniyanın müxtəlif yaş millilərində də çıxış edib. Hazırda 450 min avro “transfermarkt” dəyəri olan hücumçunun dəyəri 2023/24 mövsümündə 750 minə qədər yüksəlib.

Onun son klubu Almaniyanın 3-cü liqasında çıxış edən “Osnabruk”du. Bu komanda son mövsümü 14-cü yerdə bitirib. Ba-Muaka isə 37 mümkün oyundan 23-nə çıxıb. Səkkiz qol vurub, iki məhsuldar ötürmə verib. Qeyd edək ki, 28 yaşlı hücumçu son klubu “Osnabruk”a 2024-cü ilin əvvəlində qatılıb, 2026-cı ilə qədər müqavilə bağlayıb.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
11
1
football-plus.az

2Mənbələr