AZ

“Hava məkanı tam bizimdir” – Trampdan İranı silkələyən bəyanat

  İran hava məkanı tamamilə İsrail və ABŞ-ın nəzarəti altındadır.

Bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.

“İndi biz İranın hava məkanına tam nəzarət edirik”, – deyə Tramp bildirib, lakin bu barədə əlavə təfərrüat təqdim etməyib.

Vaşinqton administrasiyası indiyədək dəfələrlə bəyan edib ki, İsrailin İrana qarşı hərbi əməliyyatlarında iştirak etmir. Lakin Trampın bu sözləri ABŞ-ın dolayı yolla bu proseslərə cəlb olunduğu fikirlərini gücləndirib.

Amerika lideri əlavə edib ki, İranın böyük miqdarda hərbi texnikası olsa da, bu silahların ABŞ istehsalı olanlarla müqayisə olunmayacaq qədər zəif olduğunu düşünür./Globalinfo.az   

Seçilən
7
referans.az

1Mənbələr