İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi İsrailin Təl-Əviv və Hayfa sakinlərini bu şəhərləri tərk etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o videomüraciətində bildirib.
“İşğal olunmuş torpaqların sakinlərinə, xüsusən də Təl-Əviv və Hayfaya canlarını xilas etmək üçün bölgəni tərk etmələri barədə xəbərdarlıq edilir”, - Musəvi bildirib.
Qeyd edək ki, Hayfa və Təl-Əviv İranın raket və dron hücumlarına ən çox məruz qalan şəhərlərdir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta