“Real”ın futbolçusu Kilian Mbappe klublararası dünya çempionatının qrup mərhələsinin 1-ci turunda “Əl-Hilal”la oyun öncəsi keçirilən məşqdə iştirak etməyib.
QOL.az xəbər verir ki, bu barədə “COPE” məlumat yayıb.
Fransalı forvard yüksək hərarət səbəbindən məşqi buraxıb. Onun matçda iştirak edib-etməyəcəyi hələ bəlli deyil.
Qeyd edək ki, sözügedən görüş iyunun 18-də, Bakı vaxtı ilə saat 23:00-da Mayamidəki “Hard Rock” stadionunda keçiriləcək.