AZ

Dünya çempionatı: "Borussiya" heç-heçə ilə başladı

BAKI. 17 iyun. TELEQRAF

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında dördüncü oyun gününün ilk görüşü Braziliyanın "Fluminense" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçirilib.

Teleqraf xəbər verir ki, F qrupunun açılış matçı qolsuz yekunlaşıb - 0:0.

Qrupun digər oyunu gecə saat 02:00-da Cənubi Koreyanın "Ulsan" və CAR-ın "Mamelodi Sandaunz" komandaları arasında olacaq.

Qeyd edək ki, saat 23:00-da E qrupunun "River Pleyt" (Argentina) - "Urava Reds" (Yaponiya), gecə saat 05:00-da "Monterrey" (Meksika) - "İnter" (İtaliya) qarşılaşmaları start götürəcək.

Seçilən
8
5
teleqraf.com

6Mənbələr